Ötən il taksidən istifadə edənlərin sayı 3.5% azalıb

17:14 - 17.01.2025


17 yanvar, Fineko/abc.az. Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 143,5 milyon ton yük, 1846 milyon sərnişin daşınmış və əvvəlki illə müqayisədə müvafiq olaraq 6.9 faiz və 9 faiz artım qeydə alınıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sərnişinlərin 95.1 faizi avtobus, 4.9 faizi isə minik taksilərinin xidmətlərindən istifadə etmişdir. Yük dövriyyəsi 8 faiz, sərnişin dövriyyəsi isə 10,8 faiz artıb.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 4.6 faiz artaraq 229.5 milyon nəfər olub. Ötən il taksidən istifadə edənlərin sayı 90 828,9 min nəfər olub ki, bu da illik müqayisədə 3.5% azalıb.