VTB Bank (Rusiya) 2025-ci ilin sonuna qədər İranda bank açmağı planlaşdırır

17:17 - 17.01.2025


17 yanvar, Fineko/abc.az. VTB Bank (Rusiya) 2025-ci ilin sonuna qədər İranda bank açmağı planlaşdırır və həmin ölkə rəhbərliyinin icazəsini gözləyir.

ABC.AZ xəbər verir ki, bu barədə jurnalistlərə VTB Bank (Rusiya) rəhbəri Andrey Kostin bildirib.

“Bu gün elan edirik ki, bu ilin sonuna qədər İranda bank açmağı planlaşdırırıq. Rusiyanın ilk bankının İran bazarına gəlişi bu gün elan ediləcək. < ... > İran rəhbərliyinə müraciət edirik və ümid edirik ki, bu ilin sonuna qədər icazə verəcək”, — Kostin deyib.