Azərbaycanda iki zavod birləşdi

10:02 - 21.01.2025


21 yanvar, Fineko/abc.az. Nizamnamə kapitalındakı səhmləri tamamilə dövlətə məxsus olan və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 411  nömrəli ünvanda yerləşən “Suraxanı Maşınqayırma Zavodu” Açıq Səhmdar Cəmiyyəti nizamnamə kapitalındakı səhmləri tamamilə dövlətə məxsus olan və Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsi 4 nömrəli ünvanda yerləşən “Azərbaycan Elmi- Tədqiqat və Layihə Konstruktor Neft Maşınqayırma İnstitutu” Açıq Səhmdar Cəmiyyətinin ona qoşulması ilə yenidən təşkil edilib.

ABC.AZ xəbər verir ki, “Azərbaycan Elmi -Tədqiqat və Layihə Konstruktor Neft Maşınqayırma İnstitutu” Açıq Səhmdar Cəmiyyətinin kreditorları 2 ay ərzində tələblərini AZ 1042, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 411 nömrəli  ünvana  verə bilərlər.