“Instagram” bu platformanın analoqunu təqdim edib

10:25 - 21.01.2025


21 yanvar, Fineko/abc.az. “Instagram” sosial şəbəkəsi videoların redaktəsi üçün “CupCut”ın analoqunu – “Edit” proqramını təqdim edib.

ABC.AZ xəbər verir ki, “CupCut” əsasən “TikTok” istifadəçiləri arasında populyar olub. 19 yanvarda etibarən “TikTok” ABŞ-də bloklanıb.

Məlumata görə, “Edit” öncədən sifariş üçün “App Store”də artıq əlçatandır.

Onun martın 13-də işə düşməsi gözlənilir. “Instagram” qeyd edir ki, “hazırda çox şey baş verir, lakin bizim məqsədimiz yaradıcıları mümkün olan ən yaxşı alətlərlə təmin etməkdir”.