“Unibank KB” ASC-nin ötən ilin son rübündə depozitləri kəskin azalıb

11:05 - 21.01.2025


21 yanvar, Fineko/abc.az. “Unibank KB” ASC-nin müştərilərdən cəlb etdiyi depozitlərin həcmi 2024-cü ilin son rübündə 27 milyon manat azalıb.

ABC.AZ bankın hesabatına istinadən xəbər verir ki, ilin əvvəlində  1 milyard 215.9 milyon  manatlıq cəmi depozitlər üçüncü rübün sonuna  1 milyard 231.7 milyon manata yüksəlsə də, IV rübdə 2% azalaraq 1 milyard 204.7 milyon manata düşüb.

Bank aktivlərinin azalmasına səbəb hüquqi şəxslərin (şirkət və ya təşkilatlar) depozitlərinin ilin son rübündə 45.5 mln. manat və ya 15% azalmasıdır. Şirkət depozitləri ilin sonuna 248.2 mln. manata düşüb.

Müəllif: Elmir Murad