Bu ölkədə ikinci əl avtomobillərin satışı ötən il 6% artıb

11:16 - 21.01.2025


21 yanvar, Fineko/abc.az. Rusiya Federasiyasında 2024-cü ilin nəticələrinə görə minik avtomobillərinin təkrar bazarı 6% artaraq 6 milyon 036 min 636 ədəd təşkil edib.

ABC.AZ xəbər verir ki, bazarın yarısından çoxunu (51%) beş marka tutub. Liderliyi Rusiyaya məxsus Lada markası saxlayır — ötən ilin nəticələrinə görə 1 milyon 499,2 min belə işlənmiş avtomobil alınıb. İkinci yeri Yaponiyanın Toyota markası tutub, nəticəsi 619,5 min ədəd olub. Bunun arxasında Koreyanın Kia və Hyundai (müvafiq olaraq 349,5 min və 332,2 min ədəd) markaları yerləşir. Yaponiyanın Nissan markası beşliyi qapayır (282,7 min ədəd).