Macarıstan Qazaxıstanda zavodlar tikəcək - 83 milyon dollar sərmayə qoyulacaq

11:32 - 21.01.2025


21 yanvar, Fineko/abc.az. Macarıstanın “UBM Group” şirkəti Qazaxıstanda zavodların tikintisinə 83 milyon dollar sərmayə qoyacaq.

ABC.AZ xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

2025-2028-ci illərdə Kostanay, Akmola və Türküstan vilayətlərində yem istehsalı və Almatı vilayətində premiks istehsalı üzrə üç zavodun tikintisi nəzərdə tutulub.

Qazaxıstanın kənd təsərrüfatı naziri Aydarbek Saparov “UBM Group” şirkətinin nümayəndələri ilə görüşdə nazirliyin layihələrin həyata keçirilməsinə tam dəstək göstərəcəyini bildirib.