Bu tarixdən əmək pensiyasının minimum məbləği 320 manat olacaq

12:07 - 21.01.2025


21 yanvar, Fineko/abc.az. “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi ilə Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, qanunda dəyişiklik ediləcək”.

ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, əmək pensiyalarının minimum məbləği qanunla müəyyənləşir: “Prezident hökumətə əmək pensiyalarının minimum məbləğinin artırılmasını tövsiyə etmişdi. Prezidentin sərəncamına əsasən, əmək pensiyalarının minimum məbləği 280 manatdan 320 manata çatdırılmalıdır. Ona görə həmin müddəanı qanuna gətiririk. Əmək pensiyalarının minimum məbləğinin artırılması barədə komitə qərarını verəcək və yaz sessiyasının fevralın 1-də keçirilən ilk iclasında da parlament qərar qəbul edəcək”.

Komitə sədri diqqətə çatdırıb ki, minimum əmək pensiyasının artımı ilə əlaqədar bütün pensiyalarda artımlar olacaq. (APA)