14:32 - 21.01.2025
21 yanvar, Fineko/abc.az. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə mart ayından etibarən hər həftə sonu “KOB bazar” adlı satış yarmarkası keçiriləcək.
KOBİA-dan ABC.AZ-a daxil olan məlumata əsasən, yarmarkanın təşkilində məqsəd mikro və kiçik sahibkarların istehsal etdikləri məhsulların satışına dəstək olmaqdır.
“KOB bazar”da kənd təsərrüfatı və qida məhsullarının satışı həyata keçiriləcək. “KOB bazar” Binəqədi rayonu, Koroğlu və Əcəmi Naxçıvani küçələrinin kəsişməsində fəaliyyət göstərəcək.
“KOB bazar”da məhsullarını satmaq istəyən mikro və kiçik sahibkarlar 17 fevral 2025-ci tarixinədək Agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: (https://smb.gov.az/az/contact-form/exhibition-form/1). Telefon: (+99412) 4040401, daxili 253.
“KOB bazar”da iştirak etmək istəyən mikro və kiçik sahibkarlar üçün ödəniş nəzərdə tutulmur.
18 Fevral 2025
18 Fevral 2025
18 Fevral 2025
18 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025