Lukaşenko və Putin Belarusda ikinci atom elektrik stansiyasının tikintisini müzakirə edəcəklər

14:50 - 21.01.2025


21 yanvar, Fineko/abc.az. Belarus Prezidenti Aleksandr Lukaşenko yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putinlə respublikada ikinci atom elektrik stansiyasının tikintisini müzakirə etmək planlarını açıqlayıb.

ABC.AZ xəbər verir ki, bu barədə BELTA yazır.

Lukaşenko qeyd edib ki, hazırda onun ölkəsində elektrik enerjisi boldur. "Ancaq gələcəkdə bu kifayət olmaya bilər. Ona görə də biz yaxın vaxtlarda Rusiya Prezidenti ilə Belarus ərazisində ikinci atom stansiyasının tikintisi məsələsini müzakirə edəcəyik", - deyə o bildirib.

Lukaşenko Belarusda ikinci atom elektrik stansiyasının Mogilevin cənubunda tikilə biləcəyini bildirib.