15:02 - 21.01.2025
21 yanvar, Fineko/abc.az. Son dövrlərdə Azərbaycanda özəl pensiya fondlarının yaradılması ilə bağlı geniş miqyaslı işlər aparılmaqdadır.
Bu addım həm sosial müdafiə sisteminin təkmilləşdirilməsi, həm də ölkənin maliyyə bazarlarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu sahədə görülən işlər, gözləntilər və tənzimləmə mexanizmləri barədə əsas məqamları təqdim edir.
ABC.AZ xəbər verir ki, Mərkəzi Bankdan “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində pensiya təminatı sisteminin təkmilləşdirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib.
Qeyd edilən tədbir çərçivəsində əsas icraçı qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər icraçılar sırasında isə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank və Ədliyyə Nazirliyi qeyd edilib.
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
15 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025