ÜST ABŞ-ın təşkilatdan çıxmasından təəssüflənir

15:31 - 21.01.2025


21 yanvar, Fineko/abc.az. Təşkilat ABŞ-ın qərarını yenidən nəzərdən keçirəcəyinə və Vaşinqtonla tərəfdaşlığı davam etdirmək üçün konstruktiv dialoqun "səbirsizliklə gözlədiyinə" ümid etdiyini bildirir.

ABC.AZ xəbər verir ki, ötən gün ABŞ prezidenti Donald Tramp, ABŞ-ın ÜST-dən çıxdığını açıqladı. O qeyd edib ki, təşkilat "Vaşinqton üçün ağır ödənişlər tələb etməkdə haqsız olaraq davam edir". Onun sözlərinə görə, bu haqsızlıqdır.

Bundan əvvəl Financial Times qeyd edib ki, ABŞ ÜST-dən çıxdıqda təşkilat əsas maliyyə mənbəyini itirəcək və fövqəladə halların öhdəsindən gələ bilməyəcək.