Azərbaycan İnvestisiya Holdinqi sığortaçı axtarır

15:43 - 21.01.2025


21 yanvar, Fineko/abc.az. Azərbaycan İnvestisiya Holdinqi balansındakı 7 xidməti avtomobilin könüllü (KASKO) sığortalanması üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 14 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar təkliflərini fevralın 13-nə qədər Holdinqin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 6 ünvanına təqdim edə bilərlər.

Təkliflərə fevralın 13-də, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.