Tramp Baydenin ABŞ-ın elektromobillərə keçməsi ilə bağlı fərmanını ləğv edib

16:18 - 21.01.2025


21 yanvar, Fineko/abc.az. Ötən gün prezident Co Baydenin 2030-cu ilə qədər ABŞ bazarında yeni avtomobillərin 50%-nin elektrik avtomobil olması barədə Fərmanını ləğv edib.

ABC.AZ xəbər verir ki, bu Fərman qanuni qüvvəyə minməyib, lakin həm ABŞ-da, həm də xaricdə bir çox avtomobil istehsalçısı strategiyaya diqqət yetirib.

Bundan əlavə, yeni prezident yükləmə stansiyaları şəbəkəsinin genişləndiirlməsi üçün vəsait paylanmasını dayandırıb.

Nəhayət, Donald Trump, bazarda elektromobillərin mövqeyini prioritet edən bazar təhriflərindən imtina etmək lazım olduğunu deyib. Bu məqsədlə yeni administrasiya elektromobil alarkən 7,5 min dollarlıq subsidiyanın ləğvi məsələsini nəzərdən keçirəcək və ətraf mühitin mühafizəsi Agentliyindən zərərli emissiyaların həcminə dair tələbləri sərtləşdirən yeni ekoloji standartlara yenidən baxmasını tələb edəcək.