Bir ildə soydaşlarımız Türkiyədə 816 mənzil alıb

16:57 - 21.01.2025


21 yanvar, Fineko/abc.az. 2023-2024-ci illərdə Azərbaycanlıların Türkiyədən aldığı mənzillər arasında statistik dəyişiklik nəzərə çarpır. 2023-cü ildə Türkiyədə Azərbaycanlılar 794 mənzil alıb, halbuki 2024-cü il ərzində bu rəqəm 816-ya yüksəlib.

ABC.AZ xəbər verir ki, bu mənzil alışı sayında 22 ədəd və ya təxminən 2.77% artım olduğunu göstərir. Göstəricidə ümumi artış olsa da, aylıq satışlarda bəzi dəyişikliklər diqqətəlayiqdir.

Belə ki, yanvar ayında 2023-cü il ərzində 65 mənzil satıldığı halda, 2024-də bu rəqəm 52-yə düşüb. Fevralda da oxşar tendensiya davam edib: 2023-də 73 mənzil satılıb, lakin 2024-də bu say 60-a enib. Martda 69 mənzil satılan 2023-lə müaqisədə, 2024-də Azərbaycanlılara cəmi 57 mənzil satılıb. Aprel ayında hər iki il üçün satış məbləği bərabər sayda olub – 54 mənzil.