17:10 - 21.01.2025
21 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, 2024-cü il ərzində soydaşlarımızın Türkiyədən aldığı məmzillərin sayında artım qeydə alınıb. Belə ki, bu rəqəm 816-ya yüksəlib.
ABC.AZ xəbər verir ki, aylıq mənzil alışına nəzər salsaq görərik ki, 2023-cü ilin may ayında 75 mənzil satıldığı halda, 2024-də bu rəqəm 65-ə düşüb. İyun ayında 2023-cü ilin 59 mənzilinə qarşı 2024-də 51 mənzil satılıb. Lakin iyul və avqust aylarında artım qeydə alınıb: iyulda 2023-də 74 mənzil, 2024-də 88 mənzil; avqustda 2023-də 75 mənzil, 2024-də isə 90 mənzil satılıb.
Sentyabr ayında 2023-də 98 mənzil satılıb, lakin 2024-də bu rəqəm 87-yə düşüb. Oktyabrda 2023-də 73 mənzil satıldıqı halda, 2024-də bu say 78-ə qalxıb.
Noyabr ayında da artım qeydə alınıb: 2023-də 65 mənzil, 2024-də isə 74 mənzil satılıb. Dekabr ayı ümumi artışla diqqətəlayiqdir – 2023-də 52 mənzil satılıbsa, 2024-də bu rəqəm 110-a çatıb.
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025