17:37 - 21.01.2025
21 yanvar, Fineko/abc.az. ABŞ-ın Florida ştatının qubernatoru Ron Desantis rəsmi sənəddə Meksika körfəzini Amerika körfəzi adlandıran ilk şəxs oldu. Belə ki, bu, ABŞ prezidenti Donald Trampın bu adın dəyişdirilməsi barədə fərmanından əvvəl baş verdi.
ABC.AZ xəbər verir ki, bir qədər əvvəl ABŞ prezidenti Donald Tramp Meksika körfəzinin Amerika körfəzi adlandırılması prosesinə başlamağı əmr edən bir fərman imzalayıb.
“Amerika körfəzi boyunca hərəkət edən və arktik hava ilə qarşılıqlı əlaqədə olan aşağı təzyiqli bölgə, 21 yanvar 2025 çərşənbə axşamı günündən başlayaraq Şimali Florida'ya dağıdıcı qış havası gətirəcəkdir...”,- Desantisin fövqəladə halların idarə edilməsi haqqında Fərmanından irəli gəlir.
Tramp, andiçmə mərasimindən əvvəl Meksika körfəzinin Amerika körfəzi adlandırılması fikrini açıqlamışdı və bu addımın Administrasiyasının yeni siyasətinin bir hissəsi olacağını vurğulamışdı.
18 Fevral 2025
18 Fevral 2025
18 Fevral 2025
18 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025