09:25 - 22.01.2025
22 yanvar, Fineko/abc.az. Etalon markaların qiyməti çərşənbə günü keçirilən hərracda iki keçmiş sessiyanın nəticələrinə görə azaldıqdan sonra cüzi dəyişir.
Brent markalı neftin mart fyuçersi ICE Futures birjasında saat 09:18-də $0,06 (0,08%) artaraq bir barel üçün $79,35-a yüksəldi. 21 yanvar ticarətinin nəticələrinə görə, Brent neftinin mart fyuçersləri $0,86 (1,07%) - bir barelə $79,29-a qədər ucuzlaşıb.
NYMEX əmtəə birjasının ticarətində WTI neftinin mart fyuçersləri saat 09:18-də $0,05 (0,07%) azalaraq bir barel üçün $75,78-a düşüb. 21 yanvar ticarətinin nəticələrinə görə, WTI neftinin mart fyuçersləri $0,73 (0,95%), bir barelə $75,83-a düşüb.
Ötən həftə Brent markalı neft 1,29%, WTI markalı neft isə 1,71% bahalaşıb. Bu həftənin əvvəlindən Brent artıq 1,86%, 2,56% dəyər itirib.
19 Fevral 2025
19 Fevral 2025
19 Fevral 2025
19 Fevral 2025
19 Fevral 2025
19 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025