“Kapital Bank”ın Müşahidə Şurasının tərkibində dəyişiklik ediləcək

09:59 - 22.01.2025


22 yanvar, Fineko/abc.az. “Kapital Bank” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

ABC.AZ banka istinadla xəbər verir ki, fevralın 25-də keçiriləcək  “Kapital Bank” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağın gündəliyinə bankın Müşahidə Şurasının əsasnaməsinə, Nizamnaməsinə dəyişiklik edilməsi və digər məsələlər daxildir.

Qeyd olunur ki, səhmdarlarının növbədənkənar ümumi yığıncağı Bankın Bakı şəhəri, Füzuli küçəsi 71 ünvanında yerləşən ofisində keçiriləcək.