AMB inflyasiya proqnozlarını yeniləyib

10:20 - 22.01.2025


22 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) yenilənmiş proqnozuna əsasən, illik inflyasiyanın 2025-ci ildə 5,5%, 2026-cı ildə isə 3,8% səviyyəsində olacağı gözlənilir.

ABC.AZ xəbər verir ki, bu barədə AMB-nin məlumatında deyilir.

"Ümumiyyətlə, mövcud pul siyasəti inflyasiyanı hədəf aralığında saxlamağı və inflyasiya gözləntilərini sabitləşdirməyi hədəfləyir. Mövcud əsas ssenari siyasəti çərçivəsində 2025 və 2026-cı illərdə illik inflyasiyanın hədəf aralığında olacağı proqnozlaşdırılır (4±2%). Beləliklə, 2025-ci ilin yanvar ayı üçün yenilənmiş proqnozlara görə, illik inflyasiyanın cari ildə təxminən 5,5%, 2026-cı ildə isə 3,8% olacağı gözlənilir", - AMB-nin məlumatında deyilir.

Xatırladaq ki, bundan əvvəl AMB bu il üçün 5,8 % illik inflyasiya proqnozlaşdırırdı.