Mərkəzi Bankın emissiya etdiyi notların həcmi 7 dəfəyə yaxın azalıb

10:25 - 22.01.2025


22 yanvar, Fineko/abc.az. 2024-cü ildə Azərbaycan Mərkəzi Bankının (AMB) emissiya etdiyi notların məbləği 6,5 dəfə azalıb.

Bu barədə ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir.

Qeyd edilib ki, pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir. Mərkəzi Bank hökumət hesabları qalıqlarının dəyişiminin bank sistemindəki likvidliyə təsirini nəzərə alaraq 2024-cü ildə sterilizasiya əməliyyatlarının həcmini kəskin azaldıb. Mərkəzi Bankın emissiya etdiyi notların həcmi ötən il 6.5 dəfə azalıb. 2024-cü ilin dekabr ayında isə büdcə xərclərinin icrası pul bazasının 1.7% artımına səbəb olmuşdur. Bu orta günlük 1D AZIR indeksinin yanvarın ötən dövründə dekabrla müqayisədə 1.29 faiz bəndi düşərək 6.39% təşkil etməsini şərtləndirmişdir. Təminatsız bazarda aktivlik davam edir. Təminatsız pul bazarında baş tutan orta günlük əməliyyatların həcmi 2024-cü ilin dekabr ayında 627.3 mln. manat, cari ilin yanvar ayının ötən dövründə isə 290 mln. manat olub.