11:03 - 22.01.2025
22 yanvar, Fineko/abc.az. Niderlandın “ING Group” şirkəti Azərbaycan Mərkəzi Bankının (AMB) 2025-ci ilin sonunadək uçot dərəcəsini 7,25 % səviyyəsində proqnozlaşdırır.
ABC.AZ "Report"a istinadla xəbər verir ki, bu barədə “ING Group” un məlumatında qeyd olunub.
Şirkət AMB-nin uçot dərəcəsinin 2026-cı ilin ortasınadək bu səviyyədə saxlanılmasını gözləyir, üçüncü rübdə 7,5 %-ə, dördüncü rübdə isə 7,75 %-dək artacağını ehtimal edir. Bundan öncəki proqnozda gələn il üçün bu göstərici 7,75 % səviyyəsində olacağı gözlənilirdi.
Bu gün Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 7,25 % saxlanılması barədə qərar qəbul edib.
7 Fevral 2025
7 Fevral 2025
7 Fevral 2025
7 Fevral 2025
7 Fevral 2025
7 Fevral 2025