Suriya bu ölkələrdən olan malların idxalını qadağan edib

12:02 - 22.01.2025


22 yanvar, Fineko/abc.az. Yeni Suriya hakimiyyəti Suriya ərazisinə Rusiya, İran və İsraildən malların gətirilməsini qadağan edib.

ABC.AZ xəbər verir ki, qanunsuz idxal olunan mallar müsadirə ediləcək. İran və İsrail vətəndaşlarının Suriyaya girişi də qadağan ediləcək. Bu qadağa Rusiyalılara şamil edilmir.