Azərbaycan banklarına kontr-tsiklik kapital buferinin təyin edilməsinin səbəbi açıqlanıb

12:11 - 22.01.2025


22 yanvar, Fineko/abc.az. Azərbaycan banklarına kontr-tsiklik kapital buferinin təyin edilməsinin səbəbi mümkün şoklara qarşı dayanıqlılığı artırmaq, şok zamanı kreditləşmənin davamlılığını təmin etməkdir.

ABC.AZ “Report”a istinadla xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədrinin I müavini Əliyar Məmmədyarov təmsil etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.

"0,5% ən optimal rəqəmdir. Bu, beynəlxalq təcrübəyə görə də belədir. Ölkədə ümumi kredit aktivliyi 0,2%-in üzərində olanda kontr-tsiklik kapital buferi tətbiq edilir. Hesablamalarımız göstərir ki, buferin tətbiqi kreditləşmə potensialını 2,5 milyard manat azaldacaq. Hazırda bank sektorunun kredit portfeli 18 milyard manatdır", - deyə o qeyd edib.