AMB-nin sədri: Cari il rəqəmsal aktivlərə dair tənzimləməyə fokuslanacağıq

14:43 - 22.01.2025


22 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) bu il rəqəmsal aktivlərə dair tənzimləmənin formalaşdırılmasına fokuslanacaq.

ABC.AZ xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov məlumat verib.

"Hazırda bizdə rəqəmsal aktivlər üzrə tənzimləmə mövcud deyil. AMB ötən ilin sonlarından bu məsələ ilə bağlı araşdırmalara başlayıb. Bu il rəqəmsal aktivlərə dair tənzimləməyə fokuslanacağıq", - deyə o qeyd edib.