Buna görə Azərbaycan məhsullarının dünya bazarlarına çıxarılması asanlaşıb

15:15 - 22.01.2025


22 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, 2024-cü ildə “Azexport” portalı ixracatçılara 61 ədəd Sərbəst satış sertifikatı təqdim edib.

O bildirib ki, “Azexport”un beynəlxalq platformalarla inteqrasiyası nəticəsində daha çox Azərbaycan məhsulunun dünya bazarlarında təqdim edilməsi təmin olunub: “Bu, Azərbaycanın qeyri-neft ixracının güclənməsinə və ixracatçıların rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfə verib”.

V. Qasımlı vurğulayıb ki, portalın fəaliyyətinin genişləndirilməsi, ixrac əməliyyatlarının sadələşdirilməsi və yeni bazarlara çıxış imkanlarının təmin edilməsi Azərbaycanın qeyri-neft ixracının inkişafına əhəmiyyətli dərəcədə təsir göstərib.