15:38 - 22.01.2025
22 yanvar, Fineko/abc.az. Lisenziyanın dayandırılması və ləğvi üçün yeni əsas müəyyən olunur.
ABC.AZ xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlara təklif edilən dəyişikliklərdə əksini tapıb.
Hazırda lisenziya sahibi tərəfindən Azərbaycan Respublikası qanunlarının tələblərinə və lisenziyanın şərtlərinə riayət edilməməsi hallarını aşkar edən nəzarət orqanı lisenziyanın dayandırılması və ləğvi üçün lisenziya verən orqana təqdimat göndərməlidir. Təklif olunan düzəlişə əsasən lisenziya (icazə) sahibinin lisenziya və icazə şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair lisenziya və icazə verən orqanın, həmçinin müvafiq nəzarət orqanının göstərişlərini yerinə yetirməməsi (Qanunun 25.1.2-ci maddəsi) də belə təqdimatın verilməsi üçün əsas yaradacaq.
19 Fevral 2025
19 Fevral 2025
19 Fevral 2025
19 Fevral 2025
19 Fevral 2025
19 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025