Xorvatiya Azərbaycanda səfirlik açacaq

11:12 - 7.09.2018


7 sentyabr, Fineko/abc.az. Xorvatiya Prezidenti Azərbaycanda səfirlik açmağı qərara alıb.

Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç, Azərbaycan prezidenti İlham Əliyevlə birgə yekun mətbuat konfransında bildirib ki, Azərbaycanda müvəqqəti ofisin bağlanılması qərara alınıb.

“Azərbaycanda bizim müvəqqəti ofisimiz bağlanır. Lakin mən qərar qəbul etdim ki, Bakıda Xorvatiyanın daimi səfirliyi fəaliyyətə başlasın. Mən bununla bağlı Azərbaycana səfir də təyin edəcəyəm”, - Kolinda Qrabar-Kitaroviç belə  deyib.

Kolinda Qrabar-Kitaroviç həmçinin Azərbaycanın ikitərəfli formatda və müdafiə sahəsində əməkdaşlığa dair Aİ ilə münasibətlərin inkişafı ilə bağlı mövqeyini yüksək qiymətləndirdi.

“Biz bir-birimizi Avropa İttifaqı çərçivəsində də dəstəkləyirik. Biz, Azərbaycanın Avropa İttifaqı ilə ikitərəfli qaydada münasibətlərinin inkişaf etdirilməsi ilə bağlı mövqeyini yüksək dəyərləndiririk. İnanıram ki, biz müdafiə sahəsində də əməkdaşlığımızı inkişaf etdirəcəyik. Çünki biz, 2013-cü ildə müdafiə sahəsində də əməkdaşlıqla bağlı anlaşma memorandumu imzaladıq. Bu baxımdan zabitlərimiz və hərbçilərimiz, əsgərlərimiz bir sıra müxtəlif hərbi kurslarda, hərbi məktəblərdə öz təhsilini artıra bilərlər”, - deyə Xorvatiya prezidenti bildirib.

 

Bütün xəbərlər