16:13 - 22.01.2025
22 yanvar, Fineko/abc.az. Bu il Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə Qazaxıstan neftinin tranzit həcmi 1,5 milyon ton təşkil edəcək.
ABC.AZ xəbər verir ki, bu barədə Qazaxıstanın Energetika Nazirliyindən bildirilib.
Məlumatda qeyd edilib ki, 2024-cü ildə BTC ilə Qazaxıstan neftinin tranziti 1,5 milyon ton plan üzrə 1,4 milyon ton təşkil edib. "2025-ci il üçün BTC üzrə plan 2024-cü ilin səviyyəsində – 1,5 milyon ton neft həcmində qalır”, – nazirlikdən bildirilib.
Məlumata görə, 2023-cü ildə Aktau limanından BTC sisteminə 1 milyon tondan çox Qazaxıstan nefti göndərilib.
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
15 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025