Bir ildə Azərbaycandan 128 milyon 885 min dollarlıq fındıq ixrac olunub

17:30 - 22.01.2025


22 yanvar, Fineko/abc.az. 2024-cü ildə Azərbaycandan 128 milyon 885 min dollar dəyərində 20 169 ton fındıq ixrac olunub.

ABC.AZ xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Vəziyyəti Haqqında aylıq hesabatında bildirilir.

2023-cü ildə isə Azərbaycandan 123 milyon 136 min dollar dəyərində 23 397 ton fındıq ixrac olunmuşdu. Beləliklə, fındıq ixracı dəyər ifadəsilə 5% artıb, miqdar ifadəsilə 14% azalıb.

Müqayisə olunan dövrdə 1 ton fındığın ixrac dəyəri 5 min 263 dollardan 6 min 390 dollara yüksəlib (1127 dollar artıb).

Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 0,49%, qeyri-neft sektoru üzrə ixracında isə 3,84% paya malik olub.

Hesabat dövründə fındığın 1 kiloqramının orta ixrac qiyməti 10,86 manat təşkil edib ki, bu da illik müqayisədə 1,92 manat və ya 21,4% çoxdur.