09:35 - 23.01.2025
23 yanvar, Fineko/abc.az. Cümə axşamı hərracda etalon markaların qiyməti aşağı düşür.
Brent markalı neftin mart fyuçersi ICE Futures birjasında saat 09:34-də $0,24 (0,30%) azalaraq bir barelə $78,76-a düşüb. 22 yanvar ticarətinin nəticələrinə görə, Brent neftinin mart fyuçersləri $0,29 (0,37%) - bir barelə $79,00-a qədər ucuzlaşıb.
NYMEX əmtəə birjasının ticarətində WTI neftinin mart fyuçersləri saat 09:34-də $0,26 (0,34%), bir barelə $75,18-a düşüb. 22 yanvar ticarətinin nəticələrinə görə, WTI neftinin mart fyuçersləri $0,39 (0,51%) ucuzlaşaraq bir barelə $75,44-a düşüb.
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025
18 Mart 2025
18 Mart 2025
18 Mart 2025