“ByteDance” şirkəti süni intellektə 12 milyard dollardan çox sərmayə yatıracaq

10:49 - 23.01.2025


23 yanvar, Fineko/abc.az. Çinin “ByteDance” şirkəti 2025-ci ildə süni intellekt (AI) infrastrukturuna 12 milyard dollardan çox pul xərcləməyi planlaşdırır.

ABC.AZ xəbər verir ki, bu barədə “Financial Times” məqalə dərc edib.

Xüsusilə, şirkət Çindən süni intellekt çiplərinin alışı üçün cari ildə 40 milyard yuan (5.5 milyard dollar) büdcə ayırıb. Bu, ötən illə müqayisədə iki dəfə çoxdur.

Mənbələrə görə, Pekin rəsmi olaraq Çinin texnologiya şirkətlərinə çiplərinin ən azı 30%-ni yerli təchizatçılardan almağı tövsiyə edib.

“ByteDance” ən çox “Nvidia” çiplərini alan şirkətlər sırasındadır. “Omdia”nın məlumatına görə, “ByteDance” keçən il Amerika şirkətinə təxminən 230 000 çip sifariş edib.