Milyonçunun evi dövlət tərəfindən bərpa olunacaq - 7 milyon manata

11:09 - 23.01.2025


23 yanvar, Fineko/abc.az. Mərdəkanda neft milyonçusu, xeyriyyəçi Murtuza Muxtarovun ev muzeyində bərpa və yenidənqurma işləri aparılacaq.

ABC.AZ xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat əldə edilib.

Bərpa və yenidənqurma işləri Mərdəkan qəsəbəsində yerləşən Dendrologiya parkının yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi çərçivəsində həyata keçiriləcək.

Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti bərpa və yenidənqurma işlərinin 7 133 886,68 manata başa gələcəyini proqnozlaşdırıb.