Azərbaycanda nizamnamə kapitalı 61 milyon manat olan BOKT yaradıldı

11:25 - 23.01.2025


23 yanvar, Fineko/abc.az. Azərbaycanda nizamnamə kapitalı 61 milyon manat olan bank olmayan kredit təşkilatı təsis edilib.

ABC.AZ xəbər verir ki, bu, “FintechCredit Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilib.

Dövlət Vergi Xidmətinin Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev Prospekti, ev 183, M ünvanında 22 yanvar 2025-ci il tarixdə qeydiyyata alınıb.

BOKT-yə Bilal Bilallı Hilal oğlu rəhbərlik edəcək. B.Bilallı “Azpul” BOKT MMC-nin baş mühasibidir.

Qeyd edək ki, Mərkəzi Bankın son dəyişikliyinə əsasən, BOKT-lar üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırılıb.