Əlcəzair və Chevron karbohidrogen potensialı haqqında müqavilə imzaladılar

12:13 - 23.01.2025


23 yanvar, Fineko/abc.az. Əlcəzair milli karbohidrogen resursları İnkişaf Agentliyi (Alnaft) və Chevron müqavilə imzalayıblar.

ABC.AZ xəbər verir ki, Əlcəzair sahillərində dəniz karbohidrogen ehtiyatlarının potensialını birlikdə araşdıracaqlar.

Bildirilir ki, müqavilə iki il müddətinə nəzərdə tutulub. Tərəflərin fikrincə, bu addım texniki və geoloji tədqiqatlar sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir.