“Moon Pub” restoranı qaydaları pozdu - Saxta alkoqollu içkilər aşkarlandı

12:15 - 23.01.2025


23 yanvar, Fineko/abc.az. Daxil olan müraciət əsasında Bakı şəhəri, Sabunçu rayonu, R.Axundov küçəsi, ev 43 ünvanında yerləşən “Moon Pub” restoranında Agentliyin əməkdaşları tərəfindən yoxlama keçirilib.

ABC.AZ AQTA-ya istinadən xəbər verir ki, yoxlama zamanı fiziki şəxs Əliyev Zaur İslam oğluna məxsus restoranın qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texniki normativ tələblərin pozulduğu müəyyən olunub.

Həmçinin ictimai iaşə müəssisəsində saxta alkoqollu içkilər aşkarlanıb.

Müayinələrin aparılması üçün nümunələr müvafiq laboratoriyaya təqdim edilib. Araşdırmalar davam etdirilir.

Faktla bağlı cavabdeh şəxs barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub.