İran modernləşdirilmiş “Kousar 1.5” peykini işə salır

15:57 - 23.01.2025


23 yanvar, Fineko/abc.az. İran milli inkişaf və texnologiyaya əsaslanaraq kosmik proqramı inkişaf etdirməyə davam edir.

ABC.AZ xəbər verir ki, 2025-ci ilin birinci yarısında "Kousar 1.5" adlı "Kousar" peykinin təkmilləşdirilmiş versiyasının buraxılması planlaşdırılır.

Bu layihə İran mühəndis və mütəxəssislərinin Yerin məsafədən zondlanması və əşyalar internetinin inkişafına yönəlmiş səylərinin nəticəsi olub.

"Kousar 1.5" 2024-cü ilin noyabrında buraxılan "Kousar" və "Hodhod" peyklərinin təkmilləşdirilmiş versiyasıdır.

"Kousar 1.5" in işə salınması İranın kosmik sahədə muxtariyyətinin artırılması və peyk texnologiyalarının aqrosənaye və infrastrukturda istifadəsi üçün mühüm addım olacaq.