16:03 - 23.01.2025
23 yanvar, Fineko/abc.az. Cümə axşamı Türkiyə Mərkəzi Bankı əksər analitiklərin gözlədiyi kimi əsas faiz dərəcəsini 2,5 faiz bəndi azaldıb.
ABC.AZ xəbər verir ki, yeddi günlük repo əməliyyatlarının dərəcəsi illik 45%-dən 47,5%-ə endirilib.
Dekabrın sonunda Mərkəzi Bank uçot dərəcəsini 2023-cü ilin fevralından etibarən ilk dəfə endirib. Bundan əvvəl o, ardıcıl səkkiz iclasda 50% faiz səviyyəsində idi.
Faizin azalması, o cümlədən ölkədə inflyasiya təzyiqinin zəifləməsi ilə əlaqədardır. Dekabr ayında Türkiyədə istehlak qiymətlərinin artım tempi illik müqayisədə, noyabrdakı 47,1%-dən 44,4%-ə qədər yavaşladı. Bu, bir il yarım ərzində minimum səviyyədir. Eyni zamanda, ardıcıl yeddinci ayın nəticələrinə görə inflyasiyanın zəifləməsi qeyd edilib.
13 Fevral 2025
13 Fevral 2025
13 Fevral 2025
13 Fevral 2025
13 Fevral 2025
11 Fevral 2025
11 Fevral 2025
11 Fevral 2025
11 Fevral 2025
11 Fevral 2025
11 Fevral 2025
11 Fevral 2025