16:14 - 23.01.2025
23 yanvar, Fineko/abc.az. Gürcüstanda yeni hava limanı inşa ediləcək.
ABC.AZ xəbər verir ki, yeni hava limanı Gürcüstanın inkişafına və iqtisadi potensialının artırılmasına xidmət edəcək.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə deyib.
Onun sözlərinə görə, hazırda Tbilisi hava limanının illik sərnişin tutumu 4 milyon nəfərdir və bu sayı artırmaq mümkün deyil:
"Turizm sahəsindəki artım nəzərə alınaraq yeni infrastrukturun yaradılması vacibdir. Yeni hava limanının tikintisi məhz bu məqsədi güdür. Vaziani ərazisində yeni aeroportun inşası nəzərdə tutulub və tərəfdaşlarla müqavilə bağlanması üçün işlər sürətlə davam edir".
13 Fevral 2025
13 Fevral 2025
13 Fevral 2025
13 Fevral 2025
13 Fevral 2025
11 Fevral 2025
11 Fevral 2025
11 Fevral 2025
11 Fevral 2025
11 Fevral 2025
11 Fevral 2025
11 Fevral 2025