Mərkəzi Bank üç kredit ittifaqı ilə bağlı məcburi göstəriş verib

17:23 - 23.01.2025


23 yanvar, Fineko/abc.az. Mərkəzi Bank üç kredit ittifaqı – “Stimul”, “Total Finans” və “Finans” ilə bağlı məcburi göstəriş verib.

ABC.AZ xəbər verir ki, “Stimul”, “Total Finans” və “Finans” Kredit İttifaqı MMC tərəfindən 2024-cü ilin IV rübünə hesabatlar təqdim olunmadığından “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələbi təmin edilməmiş, bu səbəblə “Kredit İttifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Stimul” Kredit İttifaqı MMC-yə bu hesabatların təxirəsalınmadan və növbəti dövrlərdə vaxtında təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilmişdir.