16:18 - 24.01.2025
24 yanvar, Fineko/abc.az. Hesablama Palatası Azәrbaycan Qida Tәhlükәsizliyi Agentliyinin vә onun tabeli qurumlarının fәaliyyәtlәrinin qәnaәtliliyinin, sәmәrәliliyinin vә nәticәliliyinin qiymәtlәndirilmәsinə dair audit keçirib.
Palatadan ABC.AZ-a bildirilib ki, 01.05.2024-cü il tarixә ölkәnin 18 dövlәt sәrhәdindәn buraxılış mәntәqәlәrindәn yalnız Qazax rayonundakı “Qırmızı Körpü” dövlәt sәrhәdindәn buraxılış mәntәqәsindә nәzarәt-keçid mәntәqәsinin tikilmәsi şәraitindә, qida mәhsullarının idxalı zamanı qida tәhlükәsizliyinin tәmin edilmәsi istiqamәtindә görülәn tәdbirlәrin operativliyinin tәmin edilmәsi baxımından nәzarәt buraxılış mәntәqәlәrinin әhәmiyyәti nәzәrә alınmaqla, sәrhәd keçid mәntәqәlәrinin әksәriyyәtindә belә nәzarәt-keçid mәntәqәlәrinin olmaması qeyd edilәn istiqamәtlәrdә fәaliyyәtlәrin güclәndirilmәsinin zәruriliyini göstәrib.
Dövlәt Proqramının tәlәbinә uyğun olaraq Agentlik tәrәfindәn “Azәrbaycan Respublikasının Qida Tәhlükәsizliyi Agentliyi üzrә böhran vәziyyәtlәrinin kommunikasiya Planı” hazırlansa da, kommunikasiya planın tәsdiq olunmasından sonra böhran vәziyyәtlәrinin baş vermәmәsi şәraitindә simulyasiya tәlimlәrinin dә keçirilmәmәsi hәmin planın effektivliyinin qiymәtlәndirilmәsinә şәrait yaradıb.
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
15 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025