Tramp "Amerikanı AI-nin dünya paytaxtı etmək" haqqında sərəncam verib

17:13 - 24.01.2025


24 yanvar, Fineko/abc.az. ABŞ prezidenti Donald Tramp, 23 yanvar tarixində süni intellekt sənayesi ilə əlaqəli və "Amerikanı dünyanın süni intellekt paytaxtı etmək" üçün fərman imzalayıb.

ABC.AZ xəbər verir ki, bu barədə Reuters Ağ Evdə Prezidentin köməkçisinin verdiyi açıqlamaya istinadən məlumat verib.

Fərmanda "süni intellekt üzrə Fəaliyyət Planı"nın (Artificial Intelligence Action Plan) hazırlanması üçün 180 gün müddət müəyyən edilir  ("Amerikanın süni intellekt sahəsində qlobal dominantlığını qorumaq və gücləndirmək, insan rifahını, iqtisadi rəqabət qabiliyyətini və milli təhlükəsizliyi təşviq etmək" siyasətinin formalaşdırılması).

Tramp, AI məsləhətçisi və milli təhlükəsizlik köməkçisinə keçmiş prezident Joe Biden (Joe Biden) tərəfindən tətbiq olunan siyasət və qaydaları ləğv etmək üçün işə başlamağı tapşırıb.