17:20 - 24.01.2025
24 yanvar, Fineko/abc.az. Məişət tullantılarının çeşidlənməsi ilə bağlı problemi dəfələrlə qaldırmışam.
ABC.AZ xəbər verir ki, bunu deputat Fatma Yıldırım deyib.
Deputat bildirib ki, ən azından sahibkarlar məişət tullantılarının çeşidlənməsinə başlamalıdır: “Artıq cəmiyyət məişət tullantılarının yenidən emala getməsinə hazır olmalıdır. Biz yaşıl enerjiyə keçid mərhələsindəyik”.
Fatma Yıldırım heyvan haqları ilə bağlı cəmiyyətdə narahatlığa diqqət çəkib: “Sahibsiz heyvanlara qida almaq istəyən vətəndaşlarımız, heyvansevər insanlarımız var. Təklif edirəm ki, heyvan qidaları əlavə dəyər vergisindən, digər vergilərdən azad edilsin. Bu, şərait yaradacaq ki, sahibsiz heyvanları sahiblənməsələr də, heyvansevərlər onlara qida alıb verə bilsinlər”. (Apa)
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
15 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025