Mərkəzi Bank onları cərimələdi

17:25 - 24.01.2025


24 yanvar, Fineko/abc.az. Mərkəzi Bank "VMF” və "Merano-Baku" şirkətlərini 2 min manat cərimə edib.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib.

Məlumata görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində qanunvericiliklə müəyyən edilmiş müddətdə hesabatların təqdim olunması və Məlumatların Elektron Açıqlanması Sistemi vasitəsilə ictimaiyyətə açıqlanması qaydalarının pozulması səbəbi ilə "VMF” şirkəti və "Merano-Baku" ASC İnzibati Xətalar Məcəlləsinin 422-ci maddəsinə uyğun olaraq 2000 (iki min) manat məbləğində cərimə edilib. (APA)