15:59 - 27.01.2025
27 yanvar, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 27-də İsrail İqtisadi Forumunun həmtəsisçisi və İdarə Heyətinin üzvü Conatan Misneri qəbul edib.
ABC.AZ xəbər verir ki, dövlətimizin başçısı Azərbaycanda tarixən olduğu kimi bu gün də müxtəlif dinlərin və konfessiyaların, o cümlədən yəhudi icmasının nümayəndələrinin dostluq, əmin-amanlıq və harmoniya şəraitində yaşadıqlarını vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, bu, xalqımızın həyat tərzi olmaqla yanaşı, eyni zamanda, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin tərkib hissəsidir.
Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan öz təcrübəsindən çıxış edərək dünya səviyyəsində də dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqində mühüm rol oynayır, bundan sonra da öz töhfəsini verməkdə davam edəcək.
Qonaqlar Azərbaycanda tarixən yəhudi icmasının nümayəndələrinin dinc şəraitdə yaşamaları üçün yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.
Onlar ölkəmizə səfər çərçivəsində, həmçinin Quba rayonuna da gedəcəklərini və oradakı yəhudi icmasının yaşayış şəraiti ilə yerində tanış olacaqlarını dedilər.
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025
18 Mart 2025
18 Mart 2025
18 Mart 2025