Bakıda qalmaqallı sabiq hakim saxlanılıb 

17:17 - 27.01.2025


27 yanvar, Fineko/abc.az. Azərbaycan hakimiyyəti Rusiyanın Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə Krasnodardan olan qalmaqallı sabiq hakim Yelena Xaxalyovanın Bakıda saxlanılması barədə məlumat verib.

ABC.AZ xəbər verir ki, o, fırıldaqçılıq və rəsmi saxtakarlıq ittihamı ilə beynəlxalq axtarışa verilmişdi. 
Qızının "qızıl" toyu ilə məşhurlaşan Yelena Xaxalyova, saxtakarlıqda iştirakını inkar edir.