Metrologiya İnstitutu auditor axtarır

09:41 - 28.01.2025


28 yanvar, Fineko/abc.az. Azərbaycan Metrologiya İnstitutu 2024-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.

Tenderdə iştirak haqqı 15,5 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar təkliflərini fevralın 12-nə qədər İnstitutun yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Elçin İsaqzadə qəsəbəsi, 7-ci köndələn küçəsi ünvanına təqdim edə bilərlər.
Təkliflərə fevralın 12-si, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.