“SoftBank” “OpenAI”ya 25 milyard dollara qədər sərmayə qoya bilər

15:55 - 30.01.2025


30 yanvar, Fineko/abc.az. “SoftBank” “OpenAI”ya 15 milyard dollardan 25 milyard dollara qədər sərmayə qoymaq üçün danışıqlar aparır.

ABC.AZ xəbər verir ki, bu barədə “Financial Times” və “The Wall Street Journal”ında dərc edilən yazıda qeyd edilib.

“OpenAI” çox güman ki, bu pulun bir hissəsini şirkətin CEO-su Sem Altmanın “SoftBank”ın baş direktoru Masayoşi Son və “Oracle”ın rəhbəri Larri Ellison ilə birlikdə iştirak etdiyi 500 milyard dollarlıq “Stargate AI” təşəbbüsünü dəstəkləmək üçün istifadə edəcək.

“OpenAI”nin bu günə qədər ən böyük investoru təxminən 14 milyard dollar sərmayə qoyan “Microsoft”dur.  Əgər yeni razılaşma baş tutarsa, “SoftBank”ın “OpenAI LP”dəki payı “Microsoft”dan daha kiçik olacaq. Altmanın qlobal yarımkeçirici sənayesini transformasiya etmək planlarının birgə müzakirələri daxil olmaqla, ötən il ərzində onların əlaqələri əhəmiyyətli dərəcədə möhkəmlənib.