12:17 - 31.01.2025
31 yanvar, Fineko/abc.az. Özbəkistan və Azərbaycan iki ölkə arasında səfərlər üçün xarici pasport əvəzinə biometrik pasportlardan istifadə imkanını nəzərdən keçirir.
ABC.AZ xəbər verir ki, bu məsələ Özbəkistanın Daxili İşlər Nazirliyinin Giriş-Çıxış və Vətəndaşların Rəsmiləşdirilməsi İdarəsi və Azərbaycan Dövlət Miqrasiya Xidmətinin nümayəndələri arasında müzakirə edilib.
Müzakirələr hər iki ölkənin Xarici İşlər nazirliklərinin konsulluq və hüquq departamentlərinin əməkdaşlarının iştirakı ilə keçirilib.
Özbəkistan və Azərbaycan sərhədlərini keçmək üçün biometrik ID kartlarının sənəd kimi tanınması mümkünlüyü müzakirə edilib. (Report)
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025
18 Mart 2025
18 Mart 2025
18 Mart 2025