Ekologiya və Təbii Sərvətlər Nazirliyi növbəti reyd keçirib

16:35 - 7.09.2018


7 sentyabr, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib. 

Reyd zamanı Füzuli rayonu Alxanlı kəndi ərazisində köküstə yaş müxtəlif diametrli 17 ədəd qovaq ağacının kəsildiyi və təbiətə 7450 manat məbləğində ziyan dəydiyi məlum olub.

Araşdırma zamanı ağacların Füzuli rayon sakini Elyaz Alıyev tərəfindən kəsildiyi müəyyən olunub. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Füzuli rayon  Prokurorluğuna  göndərilib.    

 

 

Bütün xəbərlər